Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-10-02,
Seanews
Heyder Eliyev

Türkiyədə saya oturan gəminin xilasetmə prosesinin 2-3 ay davam edəcəyi ehtimal olunur

Kocaeli vilayətinin Kandıra rayonunun Kefken sahillərində Tanzaniya bayrağı altında üzən “RAPID” adlı 81 metr uzunluğunda quru yük gəmisi 2025-ci il sentyabrın 18-də, səhər saat 05:55-də Pembe Qayalıqlar adlanan ərazidə karaya oturub.

"Seanews.az" xəbər verir ki, gəmidə olan 7 nəfərlik heyət üzvü Sahil Mühafizəsi katerləri, helikopterlər və Dalış-Təhlükəsizlik-Xilasetmə Qrupları (DEGAK) tərəfindən təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə zamanı itki qeydə alınmayıb.

Gəminin Ukraynaya aparılmaq üçün təxminən 2 135 ton gips daşıdığı bildirilib. Hadisədən dərhal sonra əraziyə üzən baryerlər quraşdırılaraq, mümkün yanacaq sızmasının qarşısını almaq üçün dənizin səthi mühafizə altına alınıb.

Gəminin xilas olunması üçün texniki təhlil və planlaşdırma işləri davam edir. Gəminin qayalıq ərazidə sıxışması, mümkün konstruksiya zədəsi və əlverişsiz hava şəraiti əməliyyatı çətinləşdirir. Rəsmilərin sözlərinə görə, xilasetmə prosesinin 2-3 ay davam edə biləcəyi ehtimal olunur.

Kocaeli Valiliyi və Sahil Mühafizəsi Komandanlığı hadisəni diqqətlə izləyir. Eyni zamanda, ətraf mühitin və dəniz ekosisteminin qorunması məqsədilə mütəmadi yoxlamalar aparılır. Balıqçılar və yerli əhali görülən tədbirlər barədə məlumatlandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır