

Türkiyədə yük gəmisi saya oturub
Türkiyənin Kocaeli vilayətinin Kandıra rayonunda "Rapid" adlı yük gəmisi saya oturub.
"Seanews.az" xəbər verir ki, Tanzaniya bayrağı altında üzın gəmi hava şəraitinin əlverişsiz olması səbəbi ilə saya oturduğu bildirilir.
Hadisə zamanı gəmidə yeddi heyət üzvü olub. Onlar helikopter vasitəsilə təxliyyə edilib.
1991-ci ildə inşa edilmiş 81 metr uzunluğa, 10 metr enə malik gəminin xilas edilməsi istiqamətində işlər davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır