Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-19,
Seanews
Heyder Eliyev

Misirin ilk yarı avtomatlaşdırılmış konteyner terminalı fəaliyyətə başlayıb

Misirin ilk yarı avtomatlaşdırılmış konteyner terminalı olan "Red Sea Container Terminals" rəsmi olaraq istismara verilib.

"Seanews.az" xəbər verir ki, terminal "Hutchison Ports", "CMA Terminals" və "Cosco Shipping Ports" şirkətlərinin birgə layihəsidir.

Bu layihə Misir hökuməti ilə imzalanmış 30 illik konsessiya müqaviləsi əsasında həyata keçirilir.

Qırmızı dənizin sahilində, Süveyş körfəzində yerləşən Sokna limanı ərazisində inşa edilən terminalın açılışı "CMA CGM" tərəfindən istismar olunan "CMA CGM Iron" konteyner gəmisinin limana gəlişi ilə eyni vaxta təsadüf edib.

Terminal Süveyş Kanalının İqtisadi Zonasında yerləşməklə Asiya, Afrika və Avropanı birləşdirən strateji qovşaq rolunu oynayır. O, ən iri konteyner gəmilərini qəbul etmək imkanına malikdir və beynəlxalq daşımaların səmərəliliyini artırmaqla yanaşı, Misir idxalçı və ixracatçıları üçün logistika imkanlarını genişləndirməyi hədəfləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır