Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-18,
Seanews
Heyder Eliyev

"Quadrise" şirkətinə yeni baş icraçı direktor təyin olunub

Aşağı emissiyalı yanacaqlar və bioyanacaqlar təchizatçısı "Quadrise" şirkəti Peter Borupu baş icraçı direktor vəzifəsinə təyin edib.

"Seanews.az" xəbər verir ki, Borup oktyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq.

O, gəmiçilik sənayesində 30 ildən artıq beynəlxalq təcrübəyə malikdir və uzun illər müxtəlif böyük yükdaşıma şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Karyerasına A.P. Moller-Maersk şirkətində başlayan Borup burada direktor müavini səviyyəsinə qədər yüksəlib. Daha sonra "Norden" şirkətində baş vitse-prezident və idarəedici direktor, eləcə də "Lauritzen Bulkers" və "Norvic Shipping" şirkətlərində prezident və baş icraçı direktor kimi fəaliyyət göstərib.

O, həmçinin "Rainmaking", "Motion Ventures" və "The Shipping Collective" kimi qurumlarda investisiya komitələrinin üzvü olub, süni intellekt startapı "Shipster.ai" şirkətinin idarə heyətində çalışıb.

"Quadrise"-in sədri Andy Morrison təyinatla bağlı bildirib:“Peter-in baş direktor təyin olunmasından məmnunuq. Onun gəmiçilik sahəsində geniş təcrübəsi və əlaqələri, texnologiyamızı kommersiyalaşdırmağa doğru irəlilədiyimiz bu həlledici mərhələdə şirkətimizə böyük dəstək olacaq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır