Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-16,
Seanews
Heyder Eliyev

Böyük Britaniya dənizçilik sektoruna 1,1 milyard funt sterlinqdən çox sərmayə qoyacaq

Böyük Britaniya hökuməti və özəl sektor dənizçilik sahəsinə 1,1 milyard funt sterlinqdən çox sərmayə yatırmağı planlaşdırır.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, sərmayə sahil icmalarında inkişaf və yeni iş yerləri yaradacaq. Xüsusilə mühəndislik, yaşıl texnologiyalar və tikinti sahələrinin bundan faydalanacağı vurğulanıb.

Yatırımlara Böyük Britaniya limanlarına 700 milyon funt sterlinq həcmində özəl sərmayə və dəniz daşımalarında emissiyaları azaltmaq üçün 448 milyon funt sterlinq dövlət dəstəyi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır