

Sinqapur və Hindistan yaşıl və rəqəmsal gəmiçilik dəhlizi yaradacaq
Sinqapurun Baş naziri Lourens Vonqun Yeni Dehliyə səfəri zamanı iki ölkə arasında yaşıl və rəqəmsal gəmiçilik dəhlizinin (GDSC) yaradılmasına dair anlaşma memorandumu imzalanıb.
"Seanews.az" xəbər verir ki, sazişə əsasən, tərəflər dənizçilik sektorunun sıfır və ya sıfıra yaxın istixana qazı emissiyaları ilə işləyən yanacaqlara keçidini dəstəkləyən infrastruktur və texnologiyaların inkişafı üzərində işləyəcəklər. Razılaşma həmçinin rəqəmsal məlumat mübadiləsini və dənizçilik sektorunun rəqəmsallaşdırılması və dekarbonizasiyası üçün yeni yaşıl texnologiyalar üzrə birgə elmi tədqiqatları da əhatə edir.
Xatırladaq ki, 2025-ci ilin martında iki ölkə dənizçilik sahəsində rəqəmsallaşma və dekarbonizasiya layihələri üzrə əməkdaşlığa dair niyyət məktubu imzalamışdı. Həmin sənəd bu istiqamətdə iştirakçı tərəflərin müəyyənləşdirilməsini və əməkdaşlığın məhz belə bir memorandum vasitəsilə rəsmiləşdirilməsini nəzərdə tuturdu.
Sinqapurla yanaşı, Hindistanın Niderlandla planlaşdırılan yaşıl gəmiçilik dəhlizi təşəbbüsü də ölkənin dənizçilik strategiyasına uyğun hesab olunur.