Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-10,
Seanews
Heyder Eliyev

"Lloyd’s Register" London Beynəlxalq Gəmiçilik Həftəsində enerji keçidi və rəqəmsal transformasiyanı müzakirə edəcək

“Lloyd’s Register” (LR) 15–19 sentyabrda keçiriləcək London Beynəlxalq Gəmiçilik Həftəsində (LISW25) əsasən enerji keçidi, nüvə innovasiyası, rəqəmsal transformasiya və işçi qüvvəsinin hazırlanması mövzularına diqqət yetirəcək.

"Seanews.az" xəbər verir ki, tədbir çərçivəsində "LR" “Fuel for Thought” sessiyalarında bioloji yanacaqların rolu və nüvə texnologiyalarının tətbiqi barədə müzakirələr aparacaq. Bundan əlavə, insan kapitalı forumunda dənizçilərin alternativ yanacaqlara dair təlimi üzrə yeni qlobal standart və dekarbonizasiya üçün maliyyələşmə imkanları təqdim olunacaq.

"LR" həmçinin rəqəmsal transformasiya forumu keçirərək süni intellekt və avtonom sistemlərin gəmiçilikdə təhlükəsizlik və səmərəliliyi artırmaq imkanlarını araşdıracaq.

"LR"-in baş icraçı direktoru Nik Braun bildirib ki, yanacaqlar, insan kapitalı və rəqəmsal texnologiyalarda innovasiyalar paralel inkişaf etməlidir ki, gəmiçilik dekarbonizasiya və təhlükəsizlik hədəflərinə çatsın.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır