

"Evalend" Cənubi Koreyada "Suesmax" sifarişlərini artırır
Yunanıstanın "Evalend Shipping" şirkəti Cənubi Koreyanın "HD Hyundai Samho" tərsanəsində daha iki "Suesmax" tipli gəmi inşa etdirəcək.
"Seanews.az" xəbər verir ki, 157 min ton yükgötürmə qabiliyyətinə malik gəmilərin 2027-ci ilin oktyabr və dekabr aylarında təhvil verilməsi planlaşdırılır.
Məlumata əsasən, bu tankerlər əvvəllər bağlanmış “iki plus iki” modelindəki razılaşmaya əlavə olaraq sifariş edilən beşinci və altıncı gəmilər olacaq. Hər iki tanker "scrubber" ilə təchiz ediləcək.
"Evalend" hazırda 30-dan çox yeni gəmi layihəsinə malikdir. Onların əksəriyyətini enerji daşıyıcıları təşkil edir. Hazırda donanmasında 50-dən çox gəmi olan şirkətin mövcud parkının yarıdan çoxunu isə quru yük gəmiləri təşkil edir.
Qeyd edək ki, bu ilin əvvəlində şirkət "Hyundai Samho" tərəfindən inşa olunmuş iki "Suesmax" tankeri də təhvil alıb. Həmin tankerlər 2023-cü ilin aprelində sifariş edilmiş və 85,26 milyon dollar dəyərində olmuşdu. Sonuncu iki tanker isə təxminən 87 milyon dollar qiymətləndirilib.