Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-02,
Seanews
Heyder Eliyev

Avropa İttifaqı aviasiya və gəmi yanacaqlarına vergi tətbiqini 10 il təxirə sala bilər

Avropa İttifaqı (Aİ) ölkələri aviasiya və gəmiçilik yanacaqlarına vahid vergi tətbiqini 10 il müddətinə təxirə salmağı nəzərdən keçirir.

“Seanews.az” “Reuters”-ə istinadən xəbər verir ki, bu addım enerji vergilərinə dair uzun müddətdir ləngiyən islahatların qəbulunu asanlaşdırmaq məqsədi daşıyır.

Avropa Komissiyası hələ 2021-ci ildə enerji vergisi qaydalarının dəyişdirilməsini təklif etmişdi. Təklifə əsasən, iqlim dəyişikliyinə qarşı mübarizə çərçivəsində 27 üzv ölkədə aviasiya və gəmiçilikdə istixana qazı emissiyasına səbəb olan yanacaqlara mərhələli şəkildə vergi tətbiqi nəzərdə tutulurdu. Hazırda isə bu yanacaqlar Aİ-də minimum vergi öhdəliyindən azaddır.

Yeni güzəşt sənədinə görə, yalnız 19 yerədək tutuma malik kiçik təyyarələr və “şəxsi istirahət qayıqları” bu dövrdə vergiyə cəlb oluna bilər. 2035-ci ildə Komissiya aviasiya və dəniz naviqasiyasının vergiyə cəlb edilmə imkanlarını nəzərdən keçirməli və lazım gələrsə, müvafiq dəyişikliklər təklif etməlidir.

Sənədin müzakirəsi bu həftə Brüsseldə Aİ ölkələrinin nümayəndələri arasında keçiriləcək görüşdə aparılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır