Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-02,
Seanews
Heyder Eliyev

Sinqapur sahillərində tanker və quru yük gəmisi toqquşub

Sinqapurun Tanah Merah sahillərində Sinqapur bayrağı altında üzən “Marine Dynamo” adlı tankerlə Malta bayraqlı “Flag Gangos” quru yük gəmisi toqquşub.

“Seanews.az” xəbər verir ki, bu barədə Sinqapur Liman və Dəniz Administrasiyası (MPA) məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 1-də yerli vaxtla saat 09:25-də baş verib.

Qəza nəticəsində tankerin bir heyət üzvü yüngül xəsarət alıb.

MPA bildirib ki, hər iki gəmi sabit vəziyyətdədir. Lakin tanker yaxınlığında nazik neft qatının müşahidə olunduğu təsdiqlənib.

İnsidentlə bağlı əraziyə patrul gəmiləri və xüsusi sızma əleyhinə katerlər cəlb olunub. Əlavə olaraq vəziyyətin nəzarətdə saxlanılması üçün dronlar da istifadəyə verilib.

MPA əlavə edib ki, yaxınlıqdan keçən gəmilər üçün xəbərdarlıq siqnalı yayılsa da, hadisənin naviqasiya təhlükəsizliyinə hər hansı təsiri yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır