Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-20,
Seanews
Heyder Eliyev

ABŞ limanlarında oğurlanmış avtomobillərin qanunsuz ixracının qarşısı alınıb

ABŞ rəsmiləri oğurlanmış avtomobillərin konteynerlər vasitəsilə qanunsuz ixracını həyata keçirən cinayətkar qruplara qarşı əməliyyatları gücləndirib.

"Seanews.az" xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 2024-cü ilin oktyabrından bəri Houston/Galveston limanlarında 32 avtomobil müsadirə olunub və onların Orta Şərq, Qərbi Afrika, Mərkəzi və Cənubi Amerika ölkələrinə qanunsuz göndərilməsinin qarşısı alınıb. Müsadirə olunan avtomobillərin ümumi dəyəri 3 milyon dollardan çox olub. 

Əməliyyatların məqsədi transsərhəd cinayətkar təşkilatların qlobal ticarət marşrutlarından qeyri-qanuni fəaliyyət üçün istifadə etməsinin qarşısını almaqdır. 

Qeyd edək ki, əməliyyatlar iki ay əvvəl iki kubalı vətəndaşın oğurlanmış avtomobillərin ixracına dair böyük cinayət şəbəkəsi ilə əlaqədar həbs olunmasından sonra həyata keçirilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır