

“MSC”-nin konteyner gəmiləri donanmasının tutumu 6,7 milyon TEU-ya çatıb
Dünyanın aparıcı dəniz nəqliyyatı şirkətlərindən olan “MSC”-nin donanmasındakı gəmilərin sayı 930-a çatıb və son iki ay ərzində şirkətin ümumi konteyner tutumu 4 milyon TEU həddini aşaraq 6,76 milyon TEU-ya yüksəlib.
“Seanews.az” bu barədə “Alphaliner”-in məlumatlarına istinadən xəbər verir.
“Alphaliner”-in məlumatına görə, “MSC”-nin əlavə olaraq 2,2 milyon TEU-dan çox konteyner tutumuna malik yeni sifarişləri mövcuddur.
Digər nəhəng daşıyıcılar da donanmalarını artırıblar: “Maersk” ümumi tutumunu 4,6 milyon TEU-ya çatdırıb, “COSCO Group” isə 3,4 milyon TEU-luq həddi keçib. 2025-ci ilin iyul ayında “CMA CGM” 4 milyon TEU-dan artıq tutuma malik donanması ilə dünyada üçüncü ən böyük daşıyıcı statusunu qazanıb.
Hazırda qlobal konteyner gəmiləri donanmasının ümumi tutumu təxminən 32,5 milyon TEU-ya yaxınlaşır və ilk 10 daşıyıcının payı və ya icarəsi bu tutumun 84,6%-nə bərabərdir. Bu göstəricilər konteyner daşımaları sektorunda aparıcı şirkətlərin mövqeyini bir daha təsdiqləyir.