

Türkiyə limanlarında yanvar-iyulda 322,8 milyon ton yük aşırılıb
2025-ci ilin yeddi ayı ərzində Türkiyə limanlarında ümumilikdə 322,8 milyon ton yük aşırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.
"Seanews.az" xəbər verir ki, məlumatı Türkiyə Respublikasının Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəsmi sosial media hesabında paylaşıb.
O qeyd edib ki, eyni dövrdə 8,27 milyon TEU konteyner aşırılıb. Bu da ötən ilin analoji göstəricisindən 5 faiz artıqdır.
Paylaşımda o da bildirilib ki, təkcə iyul ayında 1,26 milyon TEU konteynerin daşınması həyata keçirilib.
Nazirin sözlərinə görə, iyul ayı 634 min 879 TEU ilə limanlardan gəmilərə ən çox konteyner yüklənən ay olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır