Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-24,
Seanews
Heyder Eliyev

Kuxhaven limanında iki gəmi toqquşub

Almaniyanın Kuxhaven limanında, Elba çayının Şimal dənizinə töküldüyü yerdə iki gəmi toqquşub.

Oxu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Dənizdə Fövqəladə Hallar üzrə Mərkəzi Xidmətdən məlumat verilib.

Məlumata görə, xəsarət alan olmayıb, lakin yanacaq sızması baş verib.

Enerji istehsalı platformalarına xidmət edən Niderland bayrağı altında üzən 44 metrlik "Coastal Legend" gəmisi və 69 metrlik "Capella" alman tankeri toqquşub. "Coastal Legend" zədələnib və yanacaq sızması başlayıb.

"Hazırda hesablamalarımıza görə, 6 min litrlik mazutdan söhbət gedir", - deyə qurumun nümayəndəsi bildirib.

Qəzanın səbəbi hələlik məlum deyil. Hazırda xüsusi texnikadan istifadə edilməklə müvafiq idarələr tərəfindən suların mazutdan təmizlənməsi həyata keçirilir. Ətraf mühit üçün fəsadların miqyası öyrənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır