

"Capesize" tipli gəmilər üzrə tariflərin artması Baltik indeksini yüksəldib
Baltik dəniz daşımaları indeksi çərşənbə axşamı günü “Capesize” tipli gəmilər üzrə daşıma tariflərinin artması fonunda yüksəlib.
"Seanews.az" "Reuters"-ə istinadən xəbər verir ki, əsas indeks 19 bənd və ya 0,9 faiz artaraq 2.035 bəndə çatıb.
“Capesize” indeksində isə 80 bəndlik (2,7%) artım müşahidə olunub və göstərici 3.061 bənd səviyyəsinə yüksəlib. Bu seqment üzrə gündəlik orta gəlir 670 dollar artaraq 25.390 ABŞ dolları təşkil edib.
Dəmir filizi fyuçerslərinin qiymətləri də çərşənbə axşamı ardıcıl beşinci sessiyada yüksəlişini davam etdirib.
Buna qarşı olaraq, "Panamax" indeksi 6 bənd və ya 0,3 faiz azalaraq 1.909 bəndə geriləyib. Bu tip gəmilər üzrə gündəlik orta gəlir 50 dollar azalaraq 17.182 dollara enib.
Kiçik tonnajlı gəmilər arasında "Supramax" indeksi isə 17 bənd və ya 1,3 faiz geriləmə ilə 1.329 bəndə düşüb.