

"Yang Ming" "Hanwha Ocean"-a yeddi ədəd LNG ikiyanacaqlı konteyner gəmisi sifariş edib
Tayvanın aparıcı konteyner daşıma şirkəti "Yang Ming Marine Transport Corporation" "Hanwha Ocean" gəmiqayırma şirkətinə 15,000 TEU tutumlu yeddi LNG ikiyanacaqlı konteyner gəmisinin inşasını sifariş edib.
"Seanews.az" xəbər verir ki, yeni gəmilər donanmanın yenilənməsi və optimallaşdırılması planı çərçivəsində sifariş olunub. Onların 2028–2029-cu illərdə təhvil verilməsi nəzərdə tutulur.
"Yang Ming"-dən bildirilib ki, bu addım həm istixana qazı emissiyalarının 20% azaldılmasına, həm də beynəlxalq ətraf mühit tələblərinə uyğunlaşmağa xidmət edir. Gəmilər həmçinin Şərq-Qərb ticarət marşrutlarında sabit xidmətin davam etdirilməsinə imkan verəcək.
Sifarişin maliyyə detalları açıqlanmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır