

Çinin gəmiqayırma sahəsində bazar payı kəskin azalıb
2025-ci ilin ilk yarısında Çin gəmiqayırma sənayesinin qlobal bazar payı 72%-dən 52%-ə düşüb.
"Seanews.az" BIMCO-nun məlumatına istinadən xəbər verir ki, bu azalma əsasən ABŞ-nin oktyabrda tətbiq edəcəyi yeni liman rüsumları ilə bağlı narahatlıqlarla və ümumi sifarişlərin azalması ilə bağlıdır.
Yeni qaydalara görə, Çin gəmiləri və Çində tikilmiş gəmilər ABŞ limanlarında əlavə rüsumlarla üzləşəcək. Bəzi istisnalar olsa da, bu siyasət sifarişlərin digər ölkələrə yönəlməsinə səbəb olub.
Dünya üzrə yeni gəmi sifarişləri 2025-ci ilin ilk yarısında 54% azalıb. Quru yük, tanker və qazdaşıyan sektorlarında eniş, konteyner və kruiz gəmilərində isə artım müşahidə olunub.
Çin hələ də lider olsa da, Cənubi Koreya qaz və neft tankeri tikintisində onu geridə qoyub. Filippin, Vyetnam və Hindistan kimi ölkələrin isə gələcəkdə bu sahədə rolunun artacağı gözlənilir.