Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-10,
Seanews
Heyder Eliyev

Dəniz quldurluğu hallarında ciddi artım qeydə alınıb

2025-ci ilin yanvar-iyun aylarında dünya üzrə dəniz quldurluğu hallarında ciddi artım müşahidə olunub.

"Seanews.az" xəbər verir ki, ilk altı ayı ərzində ümumilikdə 60 hücum qeydə alınıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz artım deməkdir.

Qeyd olunur ki, insidentlərin 38-i Sinqapur boğazında baş verib. Bu isə ümumi hücumların 63 faizini təşkil edir.

Hücumların əsas hədəfi isə quru yük gəmiləri olub. Təkcə bu tip gəmilərə qarşı 34 hücum qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır