Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-10,
Seanews
Heyder Eliyev

Husilər "Eternity C" gəmisinin batırılmasına dair görüntülər yayıblar - VİDEO

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə quru yük daşıyan "Eternity C" gəmisinə etdikləri hücuma və gəminin batırılmasına dair görüntülər yayımlayıblar.

"Seanews.az" xəbər verir ki, videoda gəminin pilotsuz qayıqlar və raketlərlə hədəfə alınaraq batdığı əks olunur.

Liberiya bayrağı altında üzən “Eternity C” gəmisinə hücum nəticəsində göyərtədə olan 25 heyət üzvündən 4-ü həyatını itirib. Onlardan 3-ü Filippin, 1-i isə Rusiya vətəndaşıdır. 7 nəfərin xilas edildiyi, 14 nəfərin isə hələ də itkin düşdüyü bildirilir. Ehtimallara görə, bəzi heyət üzvləri husilər tərəfindən girov götürülüb.

Həmin insidentdən bir neçə gün əvvəl husilər tərəfindən “Magic Seas” adlı başqa gəmi də batırılmışdı.

Beynəlxalq Gəmi Sahibləri Palatası (ICS), BIMCO, INTERCARGO, INTERTANKO və digər nüfuzlu təşkilatlar mülki ticarət gəmilərinə qarşı yönələn bu hücumları “qəddar və qəbuledilməz” adlandıraraq sərt şəkildə pisləyiblər.

BMT və Avropa İttifaqı başda olmaqla, beynəlxalq qurumlar bölgədə təhlükəsizliklə bağlı vəziyyətin son dərəcə gərgin olduğunu bildiriblər. UKMTO isə gəmiləri bu marşrutdan istifadə edərkən maksimum ehtiyatlı olmağa çağırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır