Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-09,
Seanews
Heyder Eliyev

"HD Hyundai" və Hindistanın "Cochin" tərsanəsi əməkdaşlığa başlayır

Cənubi Koreyanın ən böyük gəmiqayırma şirkəti olan "HD Hyundai Group" Hindistanın dövlətə məxsus "Cochin Shipyard Ltd." (CSL) şirkəti ilə mühüm əməkdaşlıq sazişi imzalayıb.

"Seanews.az" xəbər verir ki, anlaşma memorandumu  tərəflərin gəmiqayırma bazarlarında birgə fəaliyyətini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində tərəflər gəmi dizaynı, avadanlıq təchizatı və ixtisaslı işçi qüvvəsinin hazırlanması sahələrində birgə layihələr həyata keçirəcəklər. Eyni zamanda, Hindistan və digər regionlarda yeni gəmiqayırma imkanlarının araşdırılması da planlaşdırılır. 

Qeyd edək ki, Kerala ştatında yerləşən "Cochin Shipyard" Hindistanın ən böyük dövlət tərsanəsi sayılır və səhmlərinin əksəriyyəti hökumətə məxsusdur.

"HD Hyundai" bu əməkdaşlığın şirkətin qlobal miqyasda böyümə planlarının bir hissəsi olduğunu bildirib. 

 Rəsmi açıqlamada bildirilib: “Topladığımız texniki bilik və təcrübə sayəsində "Cochin" tərsanəsinin beynəlxalq rəqabət gücünü artıracağıq. Eyni zamanda, koreyalı avadanlıq təchizatçıları ilə birgə inkişafı davam etdirəcəyik.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır