

“DP World” sement daşıyan gəmiçilik şirkətində pay sahibi olub
BƏƏ-yə məxsus “DP World” şirkəti “P&O Maritime Logistics” adlı törəmə şirkəti vasitəsilə sement daşıyan gəmilər üzrə ixtisaslaşmış “NovaAlgoma Cement Carriers” (NACC) şirkətində nəzarət payı alıb.
"Seanews.az” xəbər verir ki, “NACC”-ın gəmiləri Şimali Amerika, Avropa, Aralıq dənizi, Cənubi Asiya və Karib dənizi bölgələrində fəaliyyət göstərir.
“DP World”-dən bildirilib ki, bu alqı-satqı onlara quru yük daşımalarında, xüsusilə infrastruktur layihələrinə bağlı yüklərin daşınmasında şirkətə daha da güclənmək imkanı verəcək.
Şirkətin əvvəlki sahibləri olan İsveçrə və Kanada tərəfdaşları “NACC”-dakı payını saxlayacaq və hazırki rəhbərlik fəaliyyətini davam etdirəcək.
Saziş müvafiq tənzimləyici orqanların təsdiqindən sonra yaxın aylarda rəsmiləşdiriləcək