Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

ir Qırmızı dənizdə daha bir hava limanı aç

Ölkəyə daha çox turistin cəlb edilməsi məqsədilə Misirdə tanınmış Marsa Aləm kurortunun yaxınlığında yeni hava limanı inşa olunur. Qırmızı dənizdə tikilən yeni hava limanı 2019-cu ilin iyununda ilk sınaq uçuşlarını qəbul edəcək. Hava limanına şərti olaraq “Berenis” adı verilib. Bu layihəyə cəlb olunan sərmayələrin ümumi məbləği 30 milyon dollardır. Hökumətin hesablamalarına görə, “Berenis” hava limanı həm 150 kilometr məsafədə yerləşən Xurqada, həm də Marsa Aləm hava limanlarının işini yüngülləşdirəcək. Bu, həmçinin turistləri Marsa Aləm kurortunun cənubunda nisbətən daha uzaq məsafələrdə yerləşən istirahət məkanlarına cəlb etməyə töhfə verəcək. Marsa Aləmin cənubundakı kurortlar həm dayvinq və ekoturizm (quşları və delfinləri müşahidə etmək), həm də yaxınlıqdakı adalara və tarixi məkanlara ekskursiya baxımından turistlərin ən çox üz tutduqları ərazilərdir. Bununla yanaşı, turistlərin təhlükəsizliyinin təmin edilməsi amili də nəzərə alınaraq yeni hava limanı ən müasir avadanlıqla təchiz olunacaq. Ekspertlərin rəyinə görə, uzun müddət təcrid olunmuş Berenis rayonunda toxunulmamış mərcanlarla zəngindir. Misirin bu bölgəni dayvinq turizminin mərkəzinə çevirməsi əraziyə böyük turist axınına səbəb olacaq. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır