Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

"Maritime Partners" "Centerline Logistics" şirkətini alır

ABŞ-nin "Maritime Partners"in idarə etdiyi investisiya fondlarından birinin nəzarətində olan qurum "Centerline Logistics" şirkətini satın almaq üzrə müqavilə imzalayıb.

"Seanews.az" xəbər verir ki, şirkətin əldə olunması "Maritime Partners"-in idarə etdiyi fondlardan birinin nəzarətində olan qurum tərəfindən həyata keçirilir.

"Centerline Logistics" ABŞ-nin enerji və dəniz nəqliyyatı sektorunda mühüm yer tutur və ən böyük barj donanmalarından birinə sahibdir.

"Maritime Partners" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Bik Bruks bildirib ki, onların məqsədi uzunmüddətli perspektivdə yüksəkkeyfiyyətli aktivlərə və peşəkar komandalara sərmayə qoymaqdır. Bruks əlavə edib ki, bu satınalma strateji əhəmiyyət daşıyır və "Maritime Partners"-in rəhbərliyi altında onun dəyəri əhəmiyyətli dərəcədə artacaq.

Hazırda təqribən 1 800 gəmidən ibarət donanmanı idarə edən "Maritime Partners" ABŞ-nin daxili dəniz nəqliyyatı bazarında fəaliyyət göstərən gəmilər üçün maliyyə həlləri üzrə ixtisaslaşmış aparıcı şirkətlərdən biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır