Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-30,
Seanews
Heyder Eliyev

Tekirdağda saya oturan quru yük gəmisi 5 gün sonra xilas edilib

Türkiyənin Tekirdağ vilayətinin Qaziköy məhəlləsi sahillərində 25 iyunda saya oturan “Angy R” adlı quru yük gəmisi 5 gün sonra xilas edilərək üzən vəziyyətə gətirilib.

“Seanews.az” xəbər verir ki, “Kurtarma-4” və “Kurtarma-17” yedək gəmilərinin dəstəyi ilə gəmi texniki baxış üçün lövbər sahəsinə aparılıb.

Səlahiyyətli orqanlar ərazidə dəniz çirklənməsinin qeydə alınmadığı açıqlayıb.

Hadisə ilə bağlı inzibati təhqiqat başladılıb və araşdırma nəticəsində hüquqi tədbirlərin görülə biləcəyi bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır