Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-25,
Seanews
Heyder Eliyev

ABŞ-də beş gəmi təmiri şirkəti “Vigor Marine Group” adı altında birləşib

Beş ABŞ gəmi təmiri şirkəti – “Vigor”, “Continental Maritime”, “MHI Ship Repair & Services”, “Seaward Marine Services” və “Accurate Marine Environmental” “ Vigor Marine Group” adı altında birləşib.

“Seanews.az” xəbər verir ki, yeni qurum müştərilərə yerli gəmi təmir zavodlarının çevikliyi ilə milli səviyyədə geniş imkanlar təqdim edəcək.

Birləşmiş qrup ABŞ üzrə hərbi və ticarət gəmilərinin təmiri, modernizasiyası kimi işləri həyata keçirəcək.

“Vigor Marine” 2000-ci illərin əvvəllərində Sakit okean sahilində gəmi təmiri və gəmiqayırma sahəsində fəaliyyətə başlamış böyük ABŞ şirkətidir və “Titan Acquisition Holdings”-in tərkib hissəsidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır