

Hörmüz boğazındakı gərginlik sığorta haqlarını ikiqat artırıb
Hörmüz boğazında artan gərginlik Yaxın Şərq istiqamətində gəmilərlə daşınmalarda müharibə riski üzrə sığorta haqlarının son bir həftə ərzində ikiqat artmasına səbəb olub.
"Seanews.az" xəbər verir ki, bu barədə “Reuters” agentliyi sığorta bazarındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Orta Şərqə daxil olan və ya bu regiondan keçən gəmilərə tətbiq edilən sığorta haqları əvvəlki 0,2–0,3% səviyyəsindən 0,5%-ə yüksəlib. Bu artım hər bir reys üzrə on minlərlə ABŞ dolları əlavə xərc deməkdir.
Sığorta sahəsində çalışan mütəxəssislər bildirirlər ki, hazırkı 0,5%-lik göstərici bazarda ortalama tarif kimi qiymətləndirilir, lakin vəziyyətə uyğun olaraq bu rəqəm dəyişə bilər.
“McGill and Partners” sığorta broker şirkətinin dəniz sığortası üzrə rəhbəri Devid Smit qeyd edib ki, "mövcud geosiyasi gərginlik fonunda tariflər daimi yenilənir və risklərə uyğun şəkildə tənzimlənir."