Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-23,
Seanews
Heyder Eliyev

Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib

Neft və kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan üç boş tanker İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı ilə bağlı artan qeyri-müəyyənlik fonunda istiqamətini dəyişib.

“Report” xəbər verir ki, bu barədə gəmilərin hərəkətini izləyən “Marine Traffic” internet xidmətinin məlumatında deyilir.

"Ballastda olan və yük daşımayan, əvvəllər boğaza doğru hərəkət edən “Marie C” və “Red Ruby” tankerləri BƏƏ sahillərində Fuceyra yaxınlığında lövbər salıb", - məlumatda qeyd edilib.

Yaponiyanın “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətlərinin məlumatına görə, onlar Hörmüz boğazından keçməyə davam edən gəmilərinə körfəzdə qalma müddətini azaltmağı tapşırıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır