Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-23,
Seanews
Heyder Eliyev

Yunanıstan gəmi sahiblərinə Hörmüz boğazından keçidi yenidən dəyərləndirməyi tövsiyə edib

Yunanıstanın Dənizçilik Nazirliyi yerli gəmi sahiblərinə Hörmüz boğazından keçidlə bağlı riskləri yenidən dəyərləndirməyi tövsiyə edib.

“Seanews.az” xəbər verir ki, bu barədə Nazirlik gəmi sahiblərinə rəsmi bildiriş göndərib.  Bildirişdə qeyd olunur ki, vəziyyət normallaşana qədər boğazdan keçid planlaşdıran gəmilər marşrutlarını yenidən nəzərdən keçirməli, mümkün olduğu təqdirdə isə səfərlərini təxirə salmalıdırlar.

Nazirliyin açıqlamasında vurğulanır ki, mövcud vəziyyətin mürəkkəbliyi fonunda ticarət gəmilərinin maksimal ehtiyatla hərəkət etməsi və beynəlxalq təhlükəsizlik tövsiyələrinə ciddi şəkildə əməl etməsi zəruridir.

Avropa İttifaqına bağlı Dənizçilik və Ticarət Məlumat Mərkəzi də oxşar xəbərdarlıqla çıxış edərək, xüsusilə ABŞ və İsrail bayrağı altında üzən gəmilər üçün risklərin yüksək olduğunu bildirib. Mərkəz bölgədə istənilən kommersiya gəmisinin potensial hədəfə çevrilə biləcəyi ehtimalını da istisna etməyib.

Artıq bölgədə fəaliyyət göstərən bəzi iri neft tankerlərinin marşrut dəyişdirdiyi bildirilir. Onlardan bəziləri Hörmüz boğazından keçmək əvəzinə Oman sahillərinə istiqamətləniblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır