

Səudiyyə Ərəbistanı konteynerlə idxala palet tələbi qoyur
Səudiyyə Ərəbistanının Limanlar İdarəsi (MAWANI) ölkəyə konteynerlə gətirilən məhsullar üçün palet istifadəsini məcburi edəcək.
“Seanews.az” xəbər verir ki, 1 iyun 2025-ci ildən qaydaların sınaq mərhələdə tətbiqinə başlanılıb və onun tam tətbiqi üçün 1 illik keçid dövrü müəyyənləşdirilib.
Quru və ya maye halda tökmə (buğda, taxıl, sement, gips, neft məhsulları və s.) yüklər, kisələrdə daşınan xammallar, iri texnika, sənaye avadanlıqları və generatorlar bu qaydadan azad olunacaq. Eyni zamanda, polad rulonlar, dəmir borular, körpü materialları, mərmər, daş və qranit kimi məhsullar da istisna ediləcək.
Tələblərə əməl etməyən şirkətlərə cərimə tətbiq olunacaq. İxracatçılardan yeni qaydalara uyğunlaşmaq üçün vaxtında tədbir görmələri istənilib.