

Tuas limanında kran aşıb
Sinqapurun Tuas limanında yeni quraşdırılan kran aşıb.
"Seanews.az" xəbər verir ki, hadisə iyunun 16-da günorta saatlarında baş verib.
Sinqapur Liman İdarəsinin (PSA) açıqlamasına görə, insident zamanı xəsarət alan olmayıb. Ətrafdakı avadanlıqlara və liman infrastrukturuna da hər hansı zərər dəyməyib.
Məlumata əsasən, hazırda PSA-nın fəaliyyətdə olan bütün liman sahələrində işlər adi rejimdə davam edir və qəza limanın ümumi əməliyyatlarına təsir göstərməyib.
Hadisənin səbəbləri araşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır