

Oman körfəzində üç gəmidə yanğın qeydə alınıb
Hörmüz boğazı yaxınlığında Oman körfəzində üç gəmidə yanğın qeydə alınıb.
Oxu.az-ın İranın "Press TV" nəşrinə istinadən verdiyi məlumata görə, insident İran sahillərində baş verib.
Yanğınla bağlı məlumat "FIRMS NASA" sisteminin xəritələri ilə təsdiqlənir. Həmçinin peyk şəkilləri və monitorinq məlumatları Körfəz sularında üç yanğın hadisəsinin olduğunu göstərir.
Hadisənin dəqiq səbəbləri və gəmilərin mənsubiyyəti barədə hələlik məlumat verilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır