

Çanaqqala boğazında gəmidə baş verən yanğını heyət üzvləri söndürüb
Antiqua və Barbuda bayrağı altında üzən “Industrial Challenger” yük gəmisinin maşın şöbəsində Çanaqqala boğazından keçərkən yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, yanğın gəmi heyətinin müdaxiləsi ilə qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin yanğın Çanaqala boğazında gəmilərin hərəkətinə təsir göstərməyib.
Yanğının səbəbi barədə hələlik hər hansı məlumat yoxdur, araşdırmalara başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır