

Yaxın Şərqdə artan gərginlik dəniz nəqliyyatına risk yaradır
Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Koordinasiya Ofisi (UKMTO) Yaxın Şərqdə artan gərginliyin hərbi əməliyyatların genişlənməsinə və bunun beynəlxalq dəniz nəqliyyatına təsir göstərə biləcəyinə dair xəbərdarlıq yayıb.
"Seanews.az" xəbər verir ki, xəbərdarlıqda bu vəziyyətin xüsusilə Fars Körfəzi, Oman Körfəzi və Hörmüz Boğazı boyunca üzən gəmilər üçün təhlükə yaratdığı bildirilib.
UKMTO konkret hansı hadisələrin gərginliyi artırdığını açıqlamasa da, gəmi sahiblərinə və dənizçilərə yüksək ehtiyatla hərəkət etməyi tövsiyə edib.
Agentlik regiondakı gəmiləri vəziyyəti yaxından izləməyə və təhlükəsizlik protokollarına ciddi əməl etməyə çağırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır