Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Livorno limanında reallaşdırılacaq layihənin dəyəri 550 milyon avro qiymətləndirilir

Belçika podratçısı “DEME” tərəfdaşları ilə birlikdə Livorno limanında (Toskana, İtaliya) akvatoriyanın dərinləşdirilməsi və sahillərin mühafizəsini əhatə edən genişmiqyaslı “Piattaforma Europa” layihəsinin rəsmi açılış mərasimi keçirib.

“Seanews.az” xəbər verir ki, bu modernləşdirmə Livorno limanını Toskana bölgəsinin inkişafı üçün güclü logistika mərkəzinə çevirəcək. Uzunluğu 3 km olan yanalma körpüsünün, iki terminalın və 2 milyon kvadratmetr yeni liman sahəsinin tikintisi planlaşdırılır.

“DEME Group” və onun tərəfdaşları ümumi həcmi 14,5 milyon kubmetr olan dibdərinləşdirmə işlərini həyata keçirəcəklər:  yanalma kanalının dərinliyi 17 metrə, liman akvatoriyasının dərinliyi 16 metrə çatdırılacaq. Mövcud “Meloriya” dalğaqıranının yerinin dəyişdirilməsi ilə iki yeni dalğaqıran tikiləcək.

“Piattaforma Europa” Toskanada strateji logistika mərkəzi yaratmaq və böyük tonajlı gəmiləri və yükləri qəbul və idarə etmək üçün Livorno limanının imkanlarını genişləndirmək məqsədi daşıyan böyük infrastruktur layihəsidir. Tamamlanması 2027-2030-cu illər üçün nəzərdə tutulan layihənin 44 milyon tondan çox yük aşıran və sərnişin axını ildə 9 milyon nəfərə çatan limanın yük dövriyyəsini iki dəfə artıracağı gözlənilir. Layihə həmçinin Mərkəzi və Şimali İtaliyanın logistika və dəmir yolu dəhlizləri ilə əlaqələri yaxşılaşdıracaq və Livorno limanını Aralıq dənizi ilə Şimali Avropa arasında tranzit yüklərin aşırma mərkəzlərindən birinə çevirəcək. “Piattaforma Europa” layihəsinin dəyəri 550 milyon avro qiymətləndirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır