Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Yapon dənizində Rusiyanın "Aysberq" gəmisində yanğın baş verib

"Bu səhər Vladivostok vaxtı ilə saat 06:40-da (Moskva vaxtı ilə çərşənbə axşamı 23:40) Vladivostokdan 250 dəniz mili cənubda, Yaponiya dənizində Rusiyanın “Aysberq” balıqçı gəmisində yanğın baş verib.

“Seanews.az”-ın məlumatına görə, xilasedici qayıqlarda yanan gəmini tərk edən 17 nəfərdən ibarət heyət  balıqçıların köməyinə gələn “İony Island” gəmisinin göyərtəsinə qaldırılıb.

Hadisə zamanı tələfat olmayıb.

Saxalin vilayətinin Korsakov şəhərində qeydiyyatda olan balıqçı gəmisi Koreya Respublikasına gedirmiş.

Saxalin Nəqliyyat Prokurorluğu dəniz təhlükəsizliyi ilə bağlı qanunvericiliyə əməl olunmasına dair yoxlama təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır