Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-06,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma imkanlarını genişləndirir

Çində ümumilikdə 120 gəmiqayırma müəssisəsi var. Ölkə tərsanələrinin kompensasiya edilmiş ümumi tonajı (cgt) 25 milyon ton və ya dünya üzrə tonajın təxminən 45%-ni təşkil edir.

“Seanews.az” “Clarksons”-un məlumatlarına istinadən bildirir ki, Çin tərsanələrinə ümumilikdə 88 milyon cgt sifariş verilib.

Çinin dövlətə məxsus “Hudong-Zhonghua Shipbuilding” şirkəti qaz daşıyıcılarının istehsalını artırmaq üçün Şanxayın şimalındakı Çansin adasında 432 hektarlıq yeni gəmiqayırma zavodu istismara verib. Beləliklə, qaz daşıyıcılarının illik istehsal həcmi altıdan ona qədər artacaq. Yeni gəmiqayırma müəssisəsinin dəyəri 2,5 milyard dollardır.

Məhz Çin Dövlət Gəmiqayırma Korporasiyasına (“CSSC”) daxil olan “Hudong-Zhonghua Shipbuilding” 17 il əvvəl ölkədə ilk LNG daşıyıcısını inşa edib.

Müqayisə üçün qeyd edək ki, Cənubi Koreyanın ümumi gücü 14 milyon cgt olan 11 gəmiqayırma zavodu (dünya üzrə ümumi tonnajın 25%-i) var. Sifariş kitabçası 36 milyon cgt təşkil edir.

Dünya gəmiqayırma bazarında payı 20% olan Yaponiyanın 45 gəmiqayırma zavodunun gücü 10 milyon cgt -yə çatır. Sifariş kitabına kompensasiya edilmiş ümumi tutumu 12 milyon ton olan gəmilər daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır