Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-04,
Seanews
Heyder Eliyev

“Eagle S” tankerinin 3 dənizçisi telekommunikasiya sistemlərinə müdaxilə etməkdə ittiham olunur

Finlandiya polisi “Eagle S” tankerinin kabel zədələməsi ilə bağlı araşdırmanı yekunlaşdırıb.

“Seanews.az” xəbər verir ki, araşdırmalardan sonra 3 heyət üzvü ilə bağlı iş prokurorluğa göndərilib. Onlar telekommunikasiya sistemlərinə kobud müdaxilə və təxribatda ittiham olunurlar. Hadisə nəticəsində Finlandiya və Estoniyanı birləşdirən enerji kabeli, eləcə də bir sıra telekommunikasiya obyektləri zədələnib.

Daha əvvəl xəbər verildiyi kimi, Kuk adaları bayrağı altında üzən “Eagle S” tankeri Finlandiya hakimiyyəti tərəfindən “EstLink 2” sualtı kabelini sıradan çıxarmaqda şübhəli bilinərək saxlanılıb. Finlandiyanın “Fingrid” şirkətinin məlumatına görə, Finlandiya ilə Estoniya arasında sualtı kabel 2024-cü il dekabrın 25-də zədələnib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır