KİV: KXDR-in yeni esminesi qəza nəticəsində ciddi zədə almayıb
Dənizə buraxılış zamanı qəzaya uğrayan Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni esminesi heç bir ciddi zədə görməyib və onun təmirinə iki həftədən az vaxt lazım olacaq.
“Report”un Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, KXDR hakimiyyəti apardığı araşdırmadan sonra bu qənaətə gəlib.
Vurğulanıb ki, qəzada gəminin dibi dağılmayıb, sağ tərəfi cızılıb və arxa hissəsinin konstruksiya elementləri vasitəsilə az miqdarda dəniz suyu daxil olub.
“Ekspertlər və prokurorluq nümayəndələrinin də daxil olduğu xüsusi qrup araşdırmalara başlayıb. Qəzaya görə açıq-aşkar günahkar olan şəxslər həbs edilib”, - məlumatda deyilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır