“MSC” Braziliya logistika və terminal operatorunu 768 milyon dollara alacaq
Tənzimləyici orqanlar “MSC”-nin Braziliya logistika və terminal operatoru “Wilson Sons”-u almaq üçün sövdələşməsini təsdiqləyiblər.
“Seanews.az” “Ocean Wilsons Holdings”-in bəyanatına istinadən xəbər verir ki, Braziliyanın Milli Su Nəqliyyatı Agentliyi törəmə şirkəti “MSC Shipping Agencies Services” tərəfindən “Wilson Sons”-un 56% payının alınmasını təsdiqləyib.
İyunun 4-də bağlanacağı gözlənilən sövdələşmənin dəyəri 768 milyon dollardır.
“MSC” Braziliyadakı mövcudluğunu genişləndirir. Xətt regional konteyner operatoru “Log-In Logistica”-nı 2021-ci ilin sonunda əldə edib.
“Wilson Sons” Rio Grande limanında “Tecon Rio Grande”, Salvador limanında “Tecon Salvador” konteyner terminallarını və Latın Amerikasında ən böyük yedək gəmiləri donanmasını idarə edir.
“Wilson Sonsun” aktivləri 1 milyard dollar dəyərində qiymətləndirilir.