Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-21,
Seanews
Heyder Eliyev

Balıqçı gəmisi Sinqapur yaxınlığında çevrildikdən sonra 30 indoneziyalı dənizçinin hamısı sudan çıxarılıb

Honkonqun “COSCO DEVELOPMENT” konteyner gəmisinin kapitanı 20 may 2025-ci il tarixində Sinqapur vaxtı ilə saat 07:20-də Sinqapur Dəniz Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə (“MRCC”) qəza siqnalı göndərib.   

“Seanews.az” xəbər verir ki, bu barədə Sinqapur hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, İndoneziyada qeydiyyatdan keçmiş “FACIFIC MEMORY II” balıqçı gəmisi çevrilib və heyəti suya düşüb. Hadisə Pedra Brankadan təxminən 14,6 mil şimal-şərqdə Sinqapur Xilasetmə Xidmətlərinin məsuliyyət zonasında baş verib.

Axtarış və xilasetmə əməliyyatına cavabdeh olan Sinqapur Dəniz Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzi lazımi məlumatları hadisənin yaxınlığında olan gəmilərə ötürüb, həmçinin İndoneziyanın “BASARNAS” dövlət axtarış və xilasetmə agentliyini və Malayziyadakı “MRCC”-ni xəbərdar edib.

Liberiya bayrağı altında üzən “ANDROS SPIRIT” yük gəmisi hadisə yerinə göndərilib və onun heyəti 30 indoneziyalı dənizçinin hamısını sudan çıxarıb, sonra onları İndoneziyanın Batam limanına çatdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır