Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-15,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” donanmanın tikintisi, təmiri və saxlanması üçün ABŞ-də bir neçə gəmiqayırma zavodu almağı planlaşdırır

ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan Koreyanın aparıcı şirkətlərinin gəmiqayırma imkanlarını qiymətləndirmək və ABŞ-Koreya əməkdaşlığını müzakirə etmək üçün Ulsandakı “HD Hyundai Heavy Industries” gəmiqayırma zavoduna və Gyejedəki “Hanwha Ocean” tərsanəsinə baş çəkib.

“Seanews.az” xəbər verir ki,  “HD Hyundai Heavy Industries” tərsanəsində Felan Koreya Hərbi Dəniz Qüvvələri üçün tikilən “King Jeongjo the Great” gəmisinin göyərtəsinə qalxıb, ikinci nəsil “Aegis” esminesinə baxıb, gəmiqayırma imkanları ilə tanış olub.

"HD Hyundai”-nin qabaqcıl texnologiyasından və gəmiqayırma imkanlarından istifadə etməklə biz ABŞ-nin gəmiqayırma sənayesinin bərpasına töhfə verəcəyik", - deyə “HD Hyundai”-nin birinci vitse-prezidenti Con Ki-Son bildirib.

Gejedəki “Hanwha Ocean” gəmiqayırma zavodunda Felan ABŞ Hərbi Dəniz Qüvvələrinin VII Donanmasının “USNS Yukon” yanacaq doldurma tankerində təmir işlərinin gedişi ilə maraqlanıb. Tankerin təmiri üçün müqavilə 2024-cü ilin noyabrında bağlanılıb və bu iyun ayında istismara hazır olmalıdır.

Felan həmçinin “Hanwha Ocean”-ın Geojedəki müəssisəsində sualtı qayıqların və ticarət gəmilərinin tikintisi də daxil olmaqla, istehsal sahələrinə baş çəkib.

"Hanwha Ocean” ABŞ-də gəmiqayırma zavodu əldə edən ilk Koreya şirkəti olmaqla yanaşı, həm də ABŞ-Koreya dəniz müdafiəsi əməkdaşlığında liderdir.  “Hanwha Ocean” istənilən vəziyyətə, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji ehtiyaclarına tez cavab verə bilən bir tikinti sistemi qurub", - “Hanwha Group”-un vitse-prezidenti Kim Don Kvan deyib.

Onun sözlərinə görə, şirkət Şimali Amerika bazarında mövqeyini möhkəmləndirmək üçün ABŞ-də bir neçə gəmiqayırma zavodu almaq niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır