Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-13,
Seanews
Heyder Eliyev

Aktau limanında dərinləşdirmə işlərinə başlanılıb

Aktau Beynəlxalq Dəniz Ticarət Limanında 7,5 metrlik dərinləşdirmə işlərinə başlanılıb. Dənizin dibindən çıxarılan torpaqdan yeni ərazilər yaratmaq üçün istifadə olunduğundan limanın ərazisi 170 hektar artacaq.

“Seanews.az” xəbər verir ki, Xəzər dənizinin sürətlə dayazlaşması gəmilərin 10-15% az yüklənməsinə səbəb olub.

"Əvvəllər 6 min ton yük götürən gəmilər indi 5 min tonla kifayətlənir. Bu rəqəmdən artıq yüklənsə, gəmi saya oturar. Dərinləşdirməyə ehtiyac var. Biz bu işi cari ilin sonuna qədər başa çatdırmalıyıq, əks halda dənizin səviyyəsinin daha aşağı düşməsi daşımaların rentabelliyinə daha pis təsir edəcək. Qazaxıstan alimləri uzun illərdir Xəzər dənizinin dayazlaşması kimi mənfi təbii prosesin qarşısının alınması üçün həyəcan təbili çalırlar”, - deyə Aktau dəniz limanı departamentinin rəhbəri Yerbolat Tlepiyev bildirib.

Qazaxıstan Respublikasının nəqliyyat naziri Marat Karabayev isə deyib ki, Aktau dəniz limanının dərinləşdirilməsinə vəsaitin bir hissəsini Qazaxıstan Dəmir Yolları İdarəsi, bir hissəsini isə hökumət ayıracaq. İşin birinci  mərhələsi ilin sonuna kimi, ikinci mərhələsi isə gələn il başa çatdırılacaq.  

Qeyd edək ki, Xəzər dənizinin dayazlaşması Kurık limanına da mənfi təsir edib. Hər il limandan 6 milyon ton yük keçir. 2024-cü ildə problemli məsələnin həlli üçün 25,5 milyard tengedən çox vəsait ayrılıb. Limanın akvatoriyası 8 metrə qədər dərinləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır