Sinqapur boğazında ilin əvvəlindən 50 dəniz quldurluğu hadisəsi qeydə alınıb
Sinqapur boğazında dəniz quldurları fəallaşıblar.
“Seanews.az” xəbər verir ki, may ayında beş gün ərzində quldurlar Sinqapur boğazından keçən altı gəmiyə hücum ediblər.
Asiyada dəniz quldurluğu və gəmilərə silahlı basqınla mübarizə üzrə regional əməkdaşlıq təşkilatının (“ReCAAP”) məlumatına əsasən, insidentlər mayın 2-dən 7-dək boğazın qərb hissəsində baş verib.
“MarineInsight”-in bildirdiyinə görə, bütün hücumlar səhər tezdən, saat 2:45-6:30 arasında qeydə alınıb.
Altı soyğunçuluq faktı 2025-ci ildə Sinqapur boğazında qeydə alınan hadisələrin ümumi sayını 50-yə çatdırır ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınan hücumların sayından üç dəfə çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır