Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-09,
Seanews
Heyder Eliyev

Esberq limanında dərinlik 9,3 metrdən 12,8 metrə çatdırılıb

Danimarkanın Esberq limanında dibdərinləşdirmə işləri başa çatıb.

“Seanews.az” xəbər verir ki, layihənin həyata keçirilməsi daha böyük gəmilərin limana daxil olmasına, yük axınının artmasına, enerji və müdafiə sektorunda yeni strateji şəraitin yaranmasına imkan verəcək.

Dərinləşdirmə layihəsinin reallaşdırılmasına Avropa İttifaqının Nəqliyyat Layihələri Fondundan (CEF) 211 milyon DKK (28,3 milyon avro) məbləğində maliyyə vəsaiti xərclənilib. Uzunluğu 21,6 km olan gəmiçilik kanalı 9,3 metrdən 12,8 metrədək dərinləşdirilib.  Dənizin dibindən 3,7 milyon kubmetr  torpaq çıxarılıb.

Liman administrasiyası hesab edir ki, dərinləşdirmə işləri ilə növbəti 10 il ərzində limanın yük dövriyyəsini iki dəfə artırmaq üçün zəmin yaradılıb. Külək stansiyalarında quraşdırmaq üçün ağır avadanlıqlar daşıyan gəmiləri qəbul edə bilməsi isə Esberq limanını həm də dəniz külək sənayesi üçün mühüm mərkəzə çevrəcək.

Dərinləşdirmə işləri Esberqin liman infrastrukturunun inkişafı üzrə daha geniş planın bir hissəsidir. Liman ərazisi ilə dəmir yolu əlaqələri genişləndirilmiş və ağır layihə yüklərinin logistikası, xüsusən də dəniz külək enerjisi sənayesi üçün yeni sahələr yaradılmışdır. Dərinləşdirmədən sonra  daha böyük “RO-RO” və NATO-nun hərbi dəniz gəmilərini qəbul etməyə hazır olması isə alyansın logistikası üçün limanın strateji əhəmiyyətini xeyli artırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır