Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-08,
Seanews
Heyder Eliyev

ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci “F-18” qırıcısı təyyarədaşıyan gəmidən dənizə düşüb

Amerikanın daha bir “F/A-18 Super Hornet” döyüş təyyarəsi “USS Harry S. Truman” nüvə təyyarədaşıyan gəmisindən Qırmızı dənizə düşüb.

“Seanews.az” “CNN” telekanalına istinadən xəbər verir ki, bu, bir həftə ərzində “F-18” qırıcısının təyyarədaşıyan gəmidən ikinci itkisidir.

Qırıcı təyyarə təyyarədaşıyan gəmiyə enən zaman, ehtimal ki, əyləc sistemində nasazlıq olub. Qırıcı təyyarədən atılan pilot və silahlara nəzarət zabiti xilasedici helikopter tərəfindən götürülüb və onların yüngül xəsarət aldıqları deyilir.  Dənizə düşən qırıcı təyyarə tapılmayıb.

Aprelin 28-də ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti “F/A-18 Hornet” qırıcısının Qırmızı dənizdə “USS Harry Truman” təyyarədaşıyan gəmisinin göyərtəsindən düşdüyünü bildirmişdi. Qırıcı batmış, bir dənizçi isə yüngül xəsarət almışdı.

Qeyd edək ki, “F/A-18” qırıcı təyyarəsinin qiyməti 60 milyon dollardan çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır