Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-06,
Seanews
Heyder Eliyev

Şəhid Rəcai limanında limanında baş verən partlayışın iqtisadi ziyanı 4 milyard dollar qiymətləndirilir

İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış 4 milyard dollar və ya İran ÜDM-nin təxminən 1%-i qədər iqtisadi itkilərə səbəb olub.

“Seanews.az” xəbər verir ki, bu barədə “Iranian Labour News Agency” məlumat yayıb.

Agentlik İranın İnformasiya Texnologiyaları Təşkilatının rəhbəri Məhəmməd Həsən Sədrdən sitat gətirir: “Mən iş adamı deyiləm, lakin gömrük rəsmiləşdirilməsi, malların idxalı və ixracında dəqiq alətlərdən istifadə olunmadığı üçün Bəndər-Abbasda fəlakət belə baş verib və şirkətlər təxminən 3-4 milyard dollar zərər çəkiblər.”

Limandakı anbarda 130 konteyner olduğu deyilir. Yanğının mənbəyi konteyner anbarının ərazisində olub. İranın Bəndər Abbas limanında baş verən partlayışın səbəbi səhlənkarlıq hesab edilir.

Qeyd edək ki, aprelin 26-da Şəhid Rəcai (Bəndər Abbas, İran) limanında güclü partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həyatını itirib, 1200-dən çox insan yaralanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır