Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-06,
Seanews
Heyder Eliyev

ABŞ-nin Hərbi Dəniz Qüvvələri “Virciniya” sinifli iki yeni qayıq sifariş edib

“General Dynamics Electric Boat” (Konnektikut, ABŞ) şirkəti ABŞ-ın Müdafiə Nazirliyi ilə əlavə iki “Virciniya” sinifli sualtı qayıq tikmək üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, dəyəri 12,4 milyard dollar olan müqavilə “USS Baltimore” və “USS Atlanta” sualtı qayıqlarının tikintisini nəzərdə tutur.

Bundan əlavə, “Huntington Ingalls Industries” şirkəti əsas tikinti subpodratçı kimi 1,3 milyard dollarlıq ayrıca maliyyə almışdır. İşlərin böyük hissəsi Konnektikut və Virciniya ştatlarında görüləcək və 2036-cı ilin iyununadək gəmilər təhvil verilməlidir.

“Virciniya” sinifli sualtı qayıqların tikintisi proqramı ABŞ Hərbi Dəniz Qüvvələrinin inkişaf strategiyasının əsasını təşkil edir və yeni sualtı qayıqlar köhnəlmiş “Los-Anceles” tipli gəmiləri əvəz edəcək. ABŞ Hərbi Dəniz Qüvvələri 1998-ci ildən “Virciniya” sinifli 40 sualtı qayıq sifariş edib, onlardan 24-ü istismar edilir, 16-sı isə tikintinin müxtəlif mərhələsindədir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır