“CMA CGM” Türkiyənin logistika şirkətini satın alır
Türkiyənin “Borusan” konqlomeratı özünün “Borusan Tedarik Zinciri Cozümleri və Teknoloji Anonim” logistika şirkətini Fransanın “CMA CGM” konteyner xəttinə satır.
“Seanews.ru” “Bloomberg”-ə istinadən xəbər verir ki, "Borusan” şirkəti “CMA CGM”-ə daxil olan “Ceva Logistics” ilə “Borusan Tedarik Zinciri Cozumleri ve Teknoloji”nin bütün səhmlərinin satışına dair müqavilə imzalayıb.
Müqavilənin dəyəri 440 milyon dollardır.
“Ceva Logistics”-nin nümayəndəsi bildirib ki, “Biz Türkiyəni əhəmiyyətli artım gözlədiyimiz strateji ərazilərimizdən biri kimi müəyyən etdik.”
Əməliyyat tənzimləyici orqanlar tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, 2019-cu ildə “CMA CGM” tərəfindən alınan “Ceva Logistics”, son illərdə “Ingram Micro”-nun “CLS” bölməsi, “GEFCO” və “Bolloré Logistics” də daxil olmaqla bir neçə əsas logistika şirkətini birləşdirib.