Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-05,
Seanews
Heyder Eliyev

Qəzzaya yardım daşıyan və PUA hücumuna məruz qalan gəmi Malta sahillərinə yan almaq üçün icazə gözləyir

Qəzzaya humanitar yardım çatdırmaq üçün yola düşən və Malta sahillərində pilotsuz uçuş aparatı (PUA) hücumuna məruz qalan gəmi sahilə yan almaq üçün icazə gözləyir.

AZƏRTAC xəbər verir ki, Azadlıq Donanması Koalisiyasına (FFC) məxsus “Conscience” adlı gəmi Maltadan 12 mil uzaqlıqda lövbər salıb. Maltada gəmiyə minmək üçün gözləyən 21 fərqli ölkədən sərnişinlərin olduğu bildirilib. Gəmi heyəti, həmçinin Malta tərəfinin gəmini təmir etməsini və yeni bayraq verilməsini istəyir.

Maltanın Baş naziri Robert Abela isə ölkəsinin təhlükəsizliyinin təmin edilməsinə ehtiyac olduğunu bildirib. O qeyd edib ki, polis gəminin yükünün yalnız humanitar olduğunu təsdiqləndikdən sonra, Malta tərəfi Qəzzaya səyahətini davam etdirə bilməsi üçün gəminin təmir işlərini asanlaşdıracaq.

Xatırladaq ki, minlərlə konteyner humanitar yardımın olduğu gəmiyə mayın 2-də Malta sahillərində pilotsuz uçuş aparatı ilə iki hücum olub, gəmidə yanğın baş verib və ön hissəsi zədələnib, göyərtədəkilərdən bəziləri yüngül xəsarət alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır