• Bakı, 2020-04-10,
Seanews
Heyder Eliyev

ç boğazında gəmilərdə yanğın zamanı Türkiyənin 4 vətəndaşı həlak

Kerç boğazında iki gəmidə baş verənyanğın zamanı Türkiyənin dörd vətəndaşı həlak olub.  RİA “Novosti”  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir. Qeyd olunur ki, hadisə zamanı Türkiyənin 8 vətəndaşı xilas edilib, daha 4 nəfər itkin düşüb. Xatırladaq ki, Tanzaniya bayrağı altına üzən “Kandi” və  “Maestro”gəmilərində yanğın olub. İlkin məlumata görə, hadisə yanacağın gəmilərin birindən digərinə ötürülməsi zamanı baş verib. Hadisə zamanı hər iki gəmidə 32 nəfər olub. Onlardan 10-u itkin düşüb. Xilas edilmiş dənizçilər Kerç limanına çatdırılıblar. Daha əvvəl bildirilirdi ki, Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır